RU

İsrailin yeni müdafiə naziri hansı addımları atacaq? (ŞƏRH)

"Qalant hökumətin işinə müəyyən maneə törədirdi, həm də onun müdafiə naziri olduğu dövrdə hərbi əməliyyatların keçirilməsində problemlər yaşanırdı".
 
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Rüstəm Tağızadə İsrailin Baş naziri Benyamin Netanyahunun müdafiə naziri Yoav Qalantı istefaya göndərmək niyyətini şərh edərkən deyib:

"Ümumiyyətlə, Yoav Qalantın vəzifədən uzaqlaşdırılması müxtəlif amillərlə əlaqədar olaraq baş verib. Qalant Netanyahu hökumətinə qarşı çıxırdı. Bundan başqa o, Netanyahunu 7 oktyabr ərəfəsi baş verən hadisələrdə günahlandırırdı. Bu mənada baş nazirin müdafiə nazirini istefaya göndərməsi gözlənilən idi. O, həm hökumətin işinə müəyyən maneə törədirdi, həm də hərbi əməliyyatların keçirilməsində problemlər yaşanırdı. Ona görə də Qalant vəzifəsindən kənarlaşdırıldı".
 

 
Həmsöhbətimizə görə, bu istefanın İsrailin müharibədəki mövqeyinə güclü bir təsiri olmayacaq:

"Çünki bu məsələdə Netanyahu qərarlıdır və müharibəni davam etdirmək istəyir. Amma əsas məsələ ABŞ-da hakimiyyətə qayıdan Donald Trampla bağlıdır. Trampın verəcəyi qərarlar, izlədiyi siyasi proseslərdən dolayı onun yenidən qayıdışının Yaxın Şərqə böyük təsiri olacaq. Əslində, onunla Tramp arasında dostluq, etimad münasibətləri var".

Qeyd edək ki, İsrailin baş naziri Benyamin Netanyahu qarşılıqlı etimadın olmamasını əsas gətirərək, Likud Partiyasındakı rəqibi olan müdafiə naziri Yoav Qalantı istefaya göndərmək qərarına gəlib. Ofisi tərəfindən yayımlanan qısa məktubda Netanyahu Qalanta bildirib ki, bu məktubun alınmasından 48 saat sonra səlahiyyət müddətiniz başa çatacaq. İsrailin baş nazirinin sözlərinə görə, müharibənin aparılması ilə bağlı aralarında fikir ayrılığı olub və Qalant kabinetin qərarlarına zidd qərar və bəyanatlar verib. 

Rüfət Sultan

Избранный
25
qaynarinfo.az

1Источники