RU

Noyabrın 8-də bu yolda hərəkət məhdudlaşdırılacaq

Bakı Şəhər Dövlət Yol Polis İdarəsi Zəfər Günü tədbiri ilə əlaqədar sürücülərə müraciət edib.

Medianews.az-ın məlumatına görə, müraciətdə bildirilib ki, 8 Noyabr – Zəfər Günü ilə əlaqədar olaraq bu gün saat 00:00-dan etibarən Neftçilər, eləcə də 8 Noyabr prospektindən Ağ Şəhər Bulvarı istiqamətinə gedən yollarda tədbir bitənədək nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.

Hərəkətin məhdudlaşdırılması “Zəfər” abidəsini ziyarət edənlərin rahat, fasiləsiz və təhlükəsiz hərəkətinin təmin olunması məqsədilə həyata keçirilir.

Sürücülərdən qeyd edilən istiqamətlərdə nəqliyyat vasitələrinin hərəkətinə tətbiq ediləcək məhdudiyyətləri nəzərə almaları xahiş olunur.

Избранный
25
42
medianews.az

10Источники