"Formula-1" pilotu Valtteri Bottas mövsümün sonunda "Kik-Zauberi" tərk edəcək.
İdman.biz xəbər verir ki, fin sürücü klub rəhbərliyi ilə müzakirələrdən sonra belə qərar verib.
Bottas bunun heç də asan olmadığını açıqlayıb: "Belə situasiyalar heç kim üçün asan deyil. Son həftələrdəki detallı müzakirələrdən sonra layihənin birlikdə inkişafının mümkün olmadığını anladıq. Son illərdə komanda ilə heyrətamiz səfərlər, inkişaf yolu və unudulmaz anlar yaşadıq. Əməkdaşlığa görə təşəkkür edirəm".
Qeyd edək ki, 35 yaşlı pilot əvvəllər "Alfa Romeo" adlanan komandanın şərəfini 2022-ci ildən qoruyur.
İdman.biz