RU

FIFA klublararası dünya çempionatında iştirakdan imtina edən klubları cərimələyəcək

FIFA 2025-ci ildə ABŞ-da keçiriləcək ilk klublararası dünya çempionatı üçün yeni qaydalar müəyyən edəcək.

Qaynarinfo xəbər verir ki, bu barədə "Sky Sports”un jurnalisti Keyv Solhekol məlumat verib.

Turnirdə iştirakdan imtina edən klublar 445 min funt sterlinq məbləğində cərimələnəcək. Bundan sonra heç kəs birdən artıq klubda pay sahibi ola bilməyəcək. 

Klublararası dünya çempionatı iştirakçıları düşərgəyə ilk oyuna 3-5 gün qalmış gəlməlidirlər. Klub ilkin siyahıya 26-50, birbaşa turnir üçün isə heyətə 26-dan 35-ə qədər oyunçu daxil edə biləcək.

Turnirin başlaması üçün xüsusi transfer pəncərəsi də olacaq. İştirakçılar öz siyahılarına maksimum 2 oyunçu əlavə edə biləcəklər. Bununla belə, oyunçular yalnız bir komandada oynaya bilər.

Hazırda mükafat məlumatları dəqiqləşdirilir.

Nizami Bağırov
Избранный
3
13
qaynarinfo.az

10Источники