RU

Gürcüstan ABŞ və Aİ ilə münasibətlərin bərpası üçün əlindən gələni edəcək- İrakli Kobaxidze

Gürcüstan hakimiyyəti ABŞ və Avropa İttifaqı (Aİ) ilə münasibətləri bərpa etmək üçün əlindən gələni əsirgəməyəcək, lakin əsas məsələ Qərbdən qarşılıqlı addımların atılmasıdır.

Bu sözləri Gürcüstanın Baş naziri İrakli Kobaxidze deyib.

O bildirib ki, Qərb Gürcüstanın hazırkı hakimiyyətini demokratiyadan geri çəkilməkdə, anti-Qərb ritorikasında və konspirasiya nəzəriyyələrinin yayılmasında ittiham edir. Parlament seçkilərindən sonra tənqidlər daha da güclənib.

Baş nazir hesab edir ki, Gürcüstanla Qərb arasında münasibətlər Ukraynadakı münaqişə başa çatdıqdan sonra keyfiyyətcə və əhəmiyyətli dərəcədə bərpa olunacaq. Münasibətlərimizdə sıfırlamanın vaxtı və tarixinə ABŞ-dakı seçkilərin nəticələri daha çox təsir edəcək.

Hökumət başçısı vurğulayıb ki, Ukraynada münaqişənin sona çatması ABŞ-da keçirilən prezident seçkiləri ilə birbaşa bağlıdır.

“Əminəm ki, münaqişə bitdikdən sonra Gürcüstanın hazırkı hakimiyyətinə qarşı təzyiqlər də azalacaq”, – deyə İrakli Kobaxidze vurğulayıb(azərtac).

Избранный
34
10
azpost.info

10Источники