RU

"Apple" Rusiyada külli miqdarda cərimələndi

Rusiyada “Apple” bəzi məzmunlara girişi bloklamadığı üçün 3,6 milyon rubl (təxminən 62 min manat ) cərimələnib. 

Demokrat.az
xəbər verir ki, “Apple”a qarşı açılan işə paytaxt Moskva məhkəməsində baxılıb. 

Bu platformada bəzi qadağan olunmuş məzmuna girişin bloklanmadığı üçün qanuna əməl edilmədiyi qənaətinə gələn məhkəmə “Apple”ı 3,6 milyon rubl cərimə ödəməyə məcbur edib. 

Əvvəllər ölkədə oxşar səbəblərə görə “Google”, “TikTok və Telegram kimi müxtəlif xarici platformalar üçün cərimələr tətbiq edilib.

Əfsanə Kamal
Demokrat.az
Избранный
78
2
demokrat.az

4Источники