RU

“Sabah” “Bazel”ə Bakıda da uduzdu, Gənclər Liqası ilə vidalaşdı

“Sabah”ın 19 yaşadək futbolçulardan ibarət komandası (U-19) bu gün UEFA Gənclər Liqasında növbəti oyununu keçirib.

Arena.az xəbər verir ki, Azərbaycan çempionu UEFA Gənclər Liqasının Çempionlar yolunun 2-ci mərhələsi çərçivəsində “Bazel”lə görüşüb.

Bu komandalar arasında Bakıda baş tutan cavab oyunu daha çox formal xarakter daşıyıb. Səfərdə 0:6 hesabı ilə uduzmuş təmsilçimiz möcüzə arzusunda olsa da, bu dəfə də məğlub olub. Hər hissənin sonunda 1 qol vuran İsveçrə təmsilçisi 2:1 hesabıyla qalib gəlib. Bakı klubunun heyətində yeganə qolu 89-cu dəqiqədə Anar Hüseynov vurub.

UEFA Gənclər Liqası
Çempionlar yolu
2-ci mərhələ, cavab oyunu
6 noyabr

“Sabah” – “Bazel” 1:2
Qollar: Anar Hüseynov, 89 – Eliah Cordan, 37. Aqon Reçhay, 85
Baş hakim: Rustam Omarov (Qazaxıstan).
Bakı. “Bayıl Arena”.
İlk oyun – 0:6.

Избранный
14
1
arena.az

3Источники