İsrailin Livanın Baalbek-Hermel əyalətinə endirdiyi zərbələr nəticəsində azı 30 nəfər ölüb, 35 nəfər yaralanıb.
Bu barədə vilayətin qubernatoru Bəşir Xodr bildirib.
“Bu gün Baalbek-Hermel əyalətində 20 zərbə endirilib, nəticədə 30 nəfər ölüb, 35 nəfər yaralanıb”, o, X sosial şəbəkəsindəki səhifəsində yazıb.
Bundan əvvəl Livandan atılan raket İsrailin Tel-Əviv şəhərindəki Ben Qurion hava limanı yaxınlığında düşüb
DOĞRU.AZ