Demokratlar Partiyasından prezidentliyə namizəd olmuş Kamala Harris gecə yarısı tərəfdarları qarşısında çıxış edəcək.
"Unikal" xarici mediaya istinadən xəbər verir ki, bu barədə Ağ Evin rəsmi cədvəlində bildirilir.
“Vitse-prezident Vaşinqtonda olacaq, burada brifinqlər keçirəcək və işçilərlə daxili görüşlər keçirəcək. Bu görüşlər mətbuata qapalı olacaq. Vitse-prezident Hovard Universitetində çıxış edəcək”, - məlumatda deyilir.
Mənbə: unikal.az