“ABŞ Ukraynadakı münaqişənin sona çatmasına töhfə vermək iqtidarındadır”.
Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
O bildirib ki, Trampın xarici siyasəti və Ukrayna münaqişəsinin həlli ilə bağlı hər hansı nəticə çıxarmaq hələ tezdir. Çünki yeni seçilmiş prezident Oval kabinetə daxil olanda onun bəyanatları fərqli çalar ala bilər.
“Biz dəfələrlə demişik ki, Birləşmiş Ştatlar Ukraynadakı münaqişənin sona çatmasına töhfə verə bilər. Əlbəttə ki, bunu bir gecədə etmək mümkün deyil. Lakin bir neçə ay ərzində bu, tamamilə mümkündür. Bunun üçün Vaşinqton münaqişəni qızışdırmağı dayandırmalıdır. Biz bu istiqamətdə hansı addımların atılacağını yanvardan sonra görəcəyik”, – deyə Peskov vurğulayıb./Globalinfo.az
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта