RU

Karbon vergisi, yoxsa emissiya ticarət sistemi - Hansı daha uğurlu olar?

Azərbaycanda karbon qiymətqoyma və ya emissiya ticarət sisteminin tətbiqi ilə bağlı müzakirələr aparılır.

İqtisadiyyat Nazirliyinin Dayanıqlı inkişaf və sosial siyasət şöbəsinin müdiri Hüseyn Hüseynov “Yaşıl iqlim maliyyəsi və karbon qiymətqoyma siyasəti” mövzusunda seminarda bildirib ki, hazırda Azərbaycanda karbon qiymətqoyma və ya emissiya ticarət sisteminin tətbiqi ilə bağlı müzakirələr aparılır.

Hüseyn Hüseynov bildirib ki, hazırda emissiyaların azaldılması üçün əsas alət müvafiq qanunvericiliyin qəbul edilməsidir.  

Onun sözlərinə görə, bunun üçün iki alət nəzərdən keçirilir. Bunlardan birinci karbon vergisinin, ikincisi isə emissiya ticarət sisteminin tətbiqi ilə bağlıdır. O, həmçinin əlavə edib ki, hazırda bu iki alətin hansısa birinin seçilməsi ilə bağlı müzakirələr davam edir və seçim təhlillər əsasında müəyyənləşdiriləcək. 

Bəs ilkin etapda bunlardan hansının qəbulu məqbul sayıla bilər? Ümumiyyətlə, bu verginin tətbiqi karbon qazı və digər çirkləndiricilərə qarşı mübarizədə rol oynaya bilərmi?

Mövzu ilə bağlı Valyuta.az-a danışan ətraf məsələləri üzrə ekspert Rövşən Abbasov bildirib ki, emissiya ticarət sisteminin qurulması daha mürəkkəb mexanizmlərin yaradılmasını tələb edir: 

“Emissiya ticarətində bizneslərə müəyyən kvota verilir. Onlar isə bu kvotanı başqalarına sata bilirlər. Karbon emissiyalarına qənaət etməklə bunu etmiş olurlar. Bu isə bir qədər çətindir”.

Ekspert  hesab edir ki, bütün bunların fonunda karbon vergisi daha uyğun bir variant hesab oluna bilər:

“Karbon vergisi artıq hər bir biznesin işlətdiyi enerjinin müqabilində hesablanan karbon emissiyalarına görə tətbiq olunacaq”. 

Davud

Избранный
20
valyuta.az

1Источники