RU

Serbiyada qatar stansiyasında 14 nəfərin ölümü ilə bağlı kütləvi etiraz

Serbiyanın şimalındakı Novi Sad şəhərində qatar stansiyasında tavanın uçması nəticəsində 14 nəfərin ölməsindən sonra hökumət əleyhinə etiraz aksiyası keçirilib.
 

Sfera.az xəbər verir ki, insanlar Serbiyanın baş naziri Miloş Vuçeviç və Novi Sad şəhərinin meri Milan Djuricin istefasını, həmçinin vağzalda baş verən qəzaya görə bütün günahkarların dərhal həbs edilərək cəzalandırılmasını tələb edirlər.


Parlamentdəki müxalifət partiyalarının və ictimai birliklərin çağırışına cavab olaraq toplaşan bir neçə min etirazçı kortejlə faciənin baş verdiyi dəmiryol vağzalından Novi Sad şəhərinin meriyasına doğru yola düşüb.
 

Onların tələbləri arasında Serbiyanın baş naziri Miloş Vuçeviç və Novi Sad şəhərinin meri Milan Djuricin istefası və dəmiryol vağzalındakı qəzaya görə məsuliyyət daşıyanların dərhal həbs edilərək cəzalandırılması daxildir.


Etirazçılar həmçinin Novi Sad stansiyasını təmir edən Çin podratçısı ilə müqavilənin ictimaiyyətə açıqlanmasını və Serbiyada əsas infrastruktur layihələrində iştirak edən özəl şirkətlərlə digər gizli müqavilələrin dərc olunmasını tələb edirlər.
 

Novi Sad şəhər hakimiyyətinin binası önünə nümayişçilər nəcisin töküldüyü çən gətiriblər.
 

"Bu nəcis uzun illərdir bizə etdiklərini simvollaşdırır" - deyə fəallardan biri qeyd edib.
 

Novi Sad meriyasının binasına qırmızı boya və səki daşları da uçub, bəzi pəncərələrdə şüşələr qırılıb. Bir qrup maskalı şəxs içəriyə pirotexniki vasitələr atıb, polis gözyaşardıcı qazla cavab verib.


Serbiya prezidenti Aleksandar Vucic Novi Sad meriyası qarşısında baş verənləri dövlətə qarşı dəhşətli, şiddətli etirazlar adlandırıb və cinayətkar hərəkətlərə görə məsuliyyət daşıyanların hamısının cəzalandırılacağını bildirib.

 

Aysel

Sfera.az

Избранный
20
sfera.az

1Источники