RU

“Apple” ABŞ-a xidmət edir?

“Apple” “Samsung” kimi yaxşı texnologiyadır. Lakin o, kəşfiyyat xidmətlərinə kömək etməklə ABŞ-a xidmət edir. “RİA Novosti”nin yaydığı məlumata görə, bu fikri Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev səsləndirib.

Xatırladaq ki, 2010-cu ildə Rusiya Federasiyasının prezidenti postunu tutan Medvedev “Apple” şirkətinin baş direktoru Stiv Cobs ilə görüşüb və hədiyyə olaraq “iPhone” almışdı.

“Həqiqətən də “Apple” rəqəmsal qadcetlər sahəsində bir sıra digər dünya modelləri kimi yaxşı, çox möhkəm texnologiyadır”, - deyə Təhlükəsizlik Şurasının sədr müavini RT-yə müsahibəsində qeyd edib.

Eyni zamanda o qeyd edib ki, “Apple” Amerika korporasiyasıdır və “Apple” sözün həqiqi mənasında öz ölkəsinə xidmət edir və kəşfiyyat xidmətlərinə kömək edir.

Nubar Süleymanova, “İki sahil”

Избранный
26
ikisahil.az

1Источники