RU

Ağ Evin sirləri: Amerika prezidentlərinin qalmaqal və şıltaqlıqları...

"Amerikanın müxtəlif liderləri öz otaqlarını özlərinə uyğub dəyişib..."
 
"Əsrlər boyu Amerikanın şəksiz rəmzi olan və vacib qərarlar imzalanan prezident masası dəyişilməz qalır..."
 
ABŞ-ın sabiq prezidenti Ağ Evdən gedəndən sonra işçilərin yeni lider üçün hər şeyi hazırlamağa 5 saat zamanı olur. Onlar divarları boyayır, elektriki və kommunikasiyaları yoxlayır, əşyaları çıxarıb yenisini gətirir, xalça döşəyir və rəsmləri asır.
 
Moderator.az xəbər verir ki, bu barədə "tsn.ua" nəşri yazıb.
 
İlk ailə otağa daxil olub özünü evdəki kimi hiss erməlidir. Ona görə də hər xırda şeyə diqqət yetirilir. Buraya otaqlardakı hərarət və rütubət, vanna orağındakı kosmetika, kinoteatrda filmlərin seçilməsi və soyuducularda sevimli yeməklərin ehtiyatı aiddir.
 
Nəyi və necə dəyişmək məsələsini həll etmək üçün yeni seçilən dövlət başçısı və birinci xanımın təxminən iki ay zamanı olur.
 
XIX əsrdən prezident seçkiləri noyabrın birinci çərşənbə axşamı, amma ayın 1-dən sonra, andiçmə isə yanvarın 20-də keçirilir.
 
 
Ağ Ev Baydenlər üçün necə hazırlanıb?
 
Seçkilərdən sonra ənənəyə görə sabiq prezident yeni prezidenti çaya dəvət edir və ona detalları nəzərdən keçirmək imkanı yaradır. Həmçinin dekoratorlarla səfəri planlaşdırmaq olar.
 
Donald Tramp bu ənənəni pozub və Co və Cill Baydenləri çay süfrəsinə dəvət etməyib. Hərçənd, onların buna ehtiyacı olmayıb, çünki Bayden artıq vitse-prezident kimi Ağ Evdə olub. Ona görə də dekorla bağlı onun problemi olmayıb.
 
Bayden üçün dezinfeksiya məsələsi əsl sınaq olub. O, öz kreslosuna pandemiya zamanı əyləşib, Trampın komandasında isə əlli nəfər koronavirusa yoluxub. Ona görə də Bayden gələnədək Ağ Ev ciddi şəkildə təmizlənib. Kovidə qarşı görülən tədbirlər dövlət xəzinəsinə yarım milyon dollara başa gəlib.
 
 
Ağ Evdə Oval kabinet
 
İlk dəyişikliklər həmişə dekorativ olur, lakin məhz onlar publikaya nümayiş etdirilir. Ən çox diqqət ölkənin əsas kabineti olan prezidentin işlədiyi Oval ofisə yetirilir. Hər dövlət başçısı sələfindən sonra onu öz zövqünə görə dəyişir.
 
Prezidentin arxasında qızılı pərdələr xüsusi olaraq Bill Klinton üçün yaradılıb. Onu hazırlayan dekorator xatirlayıb ki, hər şeyi ölçüb rəng seçmək üçün üç səfər lazım olub.
 
Sonra isə Klinton andiçmə mərasimində olarkən pərdələr asılıb. İnsanlarla dolu otaqda işləmək lazım gəlib, pəncərələri yuyanlar, yük daşıyanlar, məxfi xidmət işçiləri, dekoratorlar ölkənin birinci ofisini yeniləyib.
 
 
Yeri gəlmişkən, demək olar ki, əsrlər boyu Amerikanın şəksiz rəmzi olan prezident masası dəyişilməz qalıb. Bu masa 1880-ci ildə ildə amerikalıların xilas etdiyi Britaniyanın "Rezolyut" antarktika gəmisinin inşa edildiyi ağacdan hazırlanıb.
 
Bu masada vacib qərarlar imzalanır. Və yalnız dörd prezident-Conson, Nikson, Ford və ata Buş ondan istifadə etməkdən imtina edib.
 
Oval kabinetdəki masa
Oval kabinetdəki masa
 
Bill Klinton masanı geri qaytarıb, o zamandan o, ofisdədir. Prezidentlərin mütləq dəyişəcəyi rəsmlər, xalçalar və fotoşəkillərdir. Barak Obama öz ofisinə Martin Lüter Kinqin iqtibasları olan xalçanı və qaradərililərin hüquqları uğrunda hərəkatın bu böyük liderinin büstünü əlavə edib.
 
Tramp büstü götürüb, xalçanı daha parlaq xalçaya dəyişib və kabineti əlavə bayraqlarla bəzəyib. Amma Bayden Obama dönəmində olan rəsmini, Klinton dönəminin xalçasını qaytarıb və öz ofisinə şüşə qabda olan Aydan gətirilən daşı əlavə edib və bununla elmə olan həvəsini ifadə edib.
 
Ağ Ev bayramlarda necə bəzədilir?
 
Birinci xanımların dekorativ qabiliyyəti bayramlarda üzə çıxır. Buraya yaz Pasxası, Müstəqillik Günü, payızda Şükranlıq Günü və əlbəttə ki, Milad daxildir.
 
Hər il mətbuat hər bir detalı nəzərdən keçirərək bunun nə demək olduğu barədə mülahizə yürüdür. Və bəzən də, məsələn, Melaniya Trampın dekorunu "qanlı" adlandıraraq amansız tənqidə məruz qoyur.
 
Ağ Evdə necə dəyişiklik edilib?
 
Birinci ailə Ağ Evdə yaşayanda əsl geniş təmir başlayır. Hər dörd ildən bir Konqres buna müvafiq vəsait ayırır. Dəyşilməz qalan üç otaqdır, bunlar Linkolnun yataq otağı, əsas yeməkxana və Yaşıl otaqdır.
 
Məsələn, prezident hovuzu hansı dəyişikliklərə məruz qalıb? Bu hövuz 1933-cü ildə prezident Ruzvelt tərəfindən sağlamlıq üçün yaradılıb. Kennedi dönəmində o, Virciniya adalarının təsviri olan nəqqaşla bəzədilib. 
 
Niksonun prezidentliyi dönəmində hovuz mətbuat otağına çevrilib. Ford dönəmində hovuz həyətə köçürülüb. Obama dönəmində ağ bağ mebeli əlavə edilib.
 
Ağ Evin bağı
 
Otaqlarla birlikdə birinci iqamətgahda olan çoxsaylı bağlar da dəyişdirilir. Mişel Obama sağlam həyat tərzini təbliğ edərək burada tərəvəz becərib.
Melaniya Tramp tarixi Çəhrayı bağında restavrasiya zamanı növbəti qalmaqal yaşayıb. Birinci xanım Jaklin Kennedi tərəfindən formalaşdırılan dizaynın təhrif edilməsində ittiham edilib.
 
50 min amerikalı Cill Baydenə bağın əvvəlki görkəminin bərpa edilməsi ilə bağlı hətta petisiya imzalayıb. Lakin Cill Bayden nə diskusiyaya müdaxilə edib, nə də sələfindən sonra bağı dəyişməyib.
Cill Bayden unikal muzey yaradıb. Özü üçün maraqlı məşğuliyyət tapıb. İxtisasca müəllim olan Cill Bayden diqqəti təhsil layihəsinə yönəldib. O, Ağ Evin Tarixi Assosiasiyası ilə birlikdə unikal muzey yaratmağa qərar verib. 
 
Ölkənin əsas iqmətganından cəmi bir məhəllə aralıda yerləşən muzeydə ziyarətçilərin buraxılmadığı otaqların, məsələn, Oval otağın oxşarları var.
 
Sərgi interaktivdir və burada təkcə prezidentlər barədə deyil, həm də illərlə Ağ Evlə məşğul olanlar barədə danışılır. Turlar vətəndaşların girişi üçün pulsuzdur. Növbəti prezidentin hansı dəyişikliklər edəcəyindən asılı olaraq sərgini dəyişmək vəd edilib.
Избранный
18
moderator.az

1Источники