Respublikaçıların prezidentliyə namizədi Donald Tramp seçkilərdə qalib gəldikdən sonra keçmiş rəqibləri ilə hesablaşmaq imkanı əldə edəcək.
Bizim.Media xəbər verir ki, bu barədə “Politico” nəşri yazıb.
Nəşrin yazdığına görə, Tramp yenidən seçildikdən sonra qisas almağı planlaşdırdığı şəxslərin adlarından ibarət böyük siyahı hazırlayıb:
“Siyahıya hazırkı Amerika lideri Co Bayden, vitse-prezident və onun seçkidəki rəqibi Kamala Harris, keçmiş prezident Barak Obama və keçmiş dövlət katibi Hillari Klinton kimi siyasətçilər daxildir”.
Qeyd edək ki, Donald Tramp noyabrın 5-də keçirilən seçkilərdə Demokratlar Partiyasından olan rəqibi Kamala Harrisi qabaqlayaraq 2-ci dəfə ABŞ Prezidenti seçilib.
Bizim.Media
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта