RU

Dünya dini liderləri Qarabağa GETDİLƏR

Noyabrın 7-də “Dünya dinləri yaşıl planet uğrunda” mövzusunda keçirilən Dünya dini liderlərinin qlobal Bakı Sammitinin iştirakçıları Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə səfər ediblər.

Apress.az-ın məlumatına görə, dini liderlərin səfəri Füzuli rayonundan başlayıb. Qonaqları Füzuli Hava Limanında Ağdam, Füzuli və Xocavənd rayonlarında Prezidentin xüsusi nümayəndəsinin müavini Eldar Seyidov qarşılayıb.

Səfər çərçivəsində müxtəlif ölkələrin din və hökumət nümayəndələri Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin rəhbərliyi ilə işğaldan azad olunmuş ərazilərdə erməni vandalizminə məruz qalmış dağıntılarla, eyni zamanda, bərpa-quruculuq işləri ilə tanış olacaqlar, dini ibadət evlərini ziyarət edəcəklər.

Qeyd edək ki, noyabrın 5-6-da keçirilən Dini liderlərin qlobal Bakı Sammitində, 55 ölkəni, 30 beynəlxalq təşkilatı, aparıcı KİV-ləri təmsil edən 220-dən çox qonaq iştirak edir.

Избранный
12
7
apress.az

9Источники