RU

Bu ölkədən Meta-ya 15,67 milyon dollar cərimə

 

Cənubi Koreya sosial media nəhəngi “Meta”nı icazəsiz istifadəçi məlumatlarını toplayıb üçüncü şəxslərlə paylaşdığına görə 21,62 milyard von (təxminən 15,67 milyon dollar) cərimələyib.Missiya.Az xəbər verir ki, bu barədə Cənubi Koreya Şəxsi Məlumatların Mühafizəsi Komissiyası (PIPC) məlumat yayıb.Bildirilib ki, “Facebook” istifadəçinin məxfi şəxsi məlumatlarını toplayır və istifadəçinin razılığı olmadan bu məlumatları reklamçılarla paylaşır.Toplanmış məlumatlara həmçinin istifadəçilərin siyasi baxışları, dini inancları və cinsi oriyentasiyası kimi həssas məlumatlar daxildir.Məlumata görə, Meta bu məlumatları təqribən 4 min reklamçıya ötürüb və istifadəçiləri ayrı-ayrılıqda hədəfləyən reklamlarla istifadəçi məxfiliyini pozub.Leyla SƏMƏNDƏRMissiya.Az

 

Избранный
6
4
missiya.az

6Источники