RU

Çempionlar Liqası: "İnter" "Arsenal"ı, "Atletiko" PSJ-ni məğlub etdi

UEFA Çempionlar Liqasının əsas mərhələsində IV tura yekun vurulub.

"Unikal" xəbər verir ki, azarkeşlər son oyun günündə 9 matça şahidlik ediblər.

Almaniya nəhəngi “Bavariya” doğma meydanda Portuqaliyanın “Benfika” klubuna bir cavabsız qolla qalib gəlib. İtaliya “İnter”i isə İngiltərə təmsilçisi “Arsenal”ı eyni hesabla məğlub edib.

İspaniya təmsilçisi "Barselona" Serbiyada "Srvena Zvezda"nın qapısından 5 top keçirib. İspaniya "Atletiko"su isə Fransada PSJ-ni üstələyib.

UEFA Çempionlar Liqası

Əsas mərhələ

IV tur

6 noyabr

21:45. “Brügge” (Belçika) - “Aston Villa” (İngiltərə) - 1:0

21:45. “Şaxtyor” (Ukrayna) - “Yanq Boyz” (İsveçrə) - 2:1

00:00. “Bavariya” (Almaniya) - “Benfika” (Portuqaliya) - 1:0

00:00. PSJ (Fransa) - “Atletiko” (Madrid, İspaniya) - 1:2

00:00. “İnter” (İtaliya) - “Arsenal” (İngiltərə) - 1:0

00:00. “Feyenoord” (Niderland) - “Zaltsburq” (Avstriya) - 1:3

00:00. “Srvena Zvezda” (Serbiya) - “Barselona” (İspaniya) - 2:5

00:00. “Sparta” (Praqa, Çexiya) - “Brest” (Fransa) - 1:2

00:00. “Ştutqart” (Almaniya) - “Atalanta” (İtaliya) - 0:2

Qeyd edək ki, Çempionlar Liqasında V turun qarşılaşmalarına noyabrın 26-da start veriləcək.

Избранный
57
50
unikal.az

10Источники