RU

Bu şirkət Azərbaycan Tibb Universitetini məhkəməyə verdi

Azərbaycan Tibb Universiteti növbəti dəfə məhkəməyə verilib.

Publika.az Tribunainfo.az-ya istinadən xəbər verir ki, ATU ilə bağlı iddianı bu dəfə tibb şirkəti olan “Nəsil Qrup” MMC qaldırıb.
İşin mahiyyəti müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisədir. Tərəflər alqı-satqı müqaviləsi üzrə mübahisə yaşayır.

ATU ilə bağlı iş baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilib. 5 dekabr tarixində universitetlə bağlı işə baxılacaq. İş hakim Ziya Şirinovun icraatında verilib.
Qeyd edək ki, məhkəməyə verilən ATU-nun rektoru professor Gəray Gəraybəylidir.

Избранный
2
2
publika.az

3Источники