Müəllimlər yaşadığı yerlərdən uzaqda dərs deyir...
APA xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa deyib.
Deputat deyib ki, bu gün Bakıda orta məktəblərdə 150 mindən artıq müəllim çalışır: “Müəllimlər yaşadığı yerlərdən uzaqda dərs deyir, tıxacların yaranmasının bir səbəbi də budur. Məsələn, Yasamalda yaşayan müəllim Qaradağda, yaxud digər belə uzaq ərazilərə işləməyə gedir. 150 min müəllimin yerləşməsini elə sistemləşdirməliyik ki, o vaxtında məktəbə çata bilsin. Bu, məktəbdə dərsin keyfiyyətinə də təsir edir. Müəllimin də ailəsi var, sosial həyatı var. Bu məsələni həll edə bilməsək, təhsildə problemlər qalacaq”.
Poliqon.info