RU

“Yaxşı hücumçunuz varsa, mənə verin"

style='margin-bottom:10px;'>

PSJ-nin baş məşqçisi Luis Enrike Çempionlar Liqasının Liqa mərhələsinin 4-cü turunun "Atletiko"ya uduzduqları oyun (1:2)  haqda danışıb.

QOL.az "L`Equipe"yə istinadən xəbər verir ki, o,məğlubiyyətdən sonra komandasının hücumdakı problemlərindən söz açıb: 

“Yaxşı bir hücumçunuz varsa, mənə gətirin! Bu hücumçunu hardan tapım? Fikirlərimə sadiq qalıram. Uğursuzluğumu qəbul etsəm, bunu jurnalistlərin və ya başqa məşqçinin ideyaları ilə deyil, öz fikrimlə edəcəyəm. Bütün nəticələrə görə məsuliyyəti öz üzərimə götürürəm”.

Qeyd edək ki, PSJ hazırda Çempionlar Liqasının ümumi cədvəlində 25-ci yerdədir. Komanda 4 matçdan cəmi 4 xal toplayıb. Növbəti turda PSJ “Bavariya” ilə qarşılaşacaq.

Избранный
11
teleqraf.com

1Источники