RU

“Mənim oğlum qəhrəmandır” deyərək Vətənə qəhrəmanlar yetişdirən mərd atalar unudulmadı - Video

Cəlal Qurbanov: “Ali Baş Komandan İlham Əliyevin şəhid ailələrinə diqqəti, qayğısı hər birimiz üçün nümunə olmalıdır”

Tarixi Zəfərimizin 4 –cü ildönümü ilə əlaqədar olaraq “Fire Land Group”un təşkilatçılığı və Mədəniyyət Nazirliyinin dəstəyi ilə baş tutan “Mənim oğlum qəhrəmandır” layihəsinin növbəti tədbiri qələbəni bizə yaşadan igid oğulların mərd ataları üçün keçirilib.

Teleqraf.com xəbər verir ki, şəhid atalarına xitabən qeyd edilən tədbirdə Azərbaycanın dörd bir yanından gələn 100-dən artıq şəhid atası iştirak edirdi. Qeyd edək ki, tədbir “Atelier 61” restoranında baş tutub.

Təbirin aparıcılığını öz üzərinə götürən tannmış və sevilən aparıcımız Lalə Azərtaş dövlət himninin səslənməsi və şəhidlərimizin yad edilməsi ilə tədbiri açıq elan etdi. Tədbirin aparıcısı tanınmış aparıcı Lalə Azərtaş ilk olaraq bütün tədbir iştirakçılarını Zəfər Bayramı münasibətilə təbrik etdi. Daha sonra aparıcı “Mənim atam qəhrəmandır” layihəsi çərçivəsində keçirilən belə bir tədbirin ilk dəfədir ki məhz şəhid ataları ilə keçirildiyini bildirilib.

Zəfər marşı səsləndikdən sonra səhnəyə çıxış üçün millət vəkili Ziyad Səmədzadə dəvət olundu. Dünyanın heç bir yerində şəhid ailələrinə Azərbaycandakı kimi diqqət, qayğı olmadığını deyən millət vəkili Vətən uğrunda şəhid olan qəhrəmanlarımızın atalarını belə övlad yetişdirdiklərinə görə xoşbəxt ata olduqlarını bildirib. Bu Zəfərin Möhtərəm Prezidentimiz, cənab Ali Baş Komandan İlham Əliyevin uğurlu siyasətinin və mərd qəhrəmanlarımızın şücətinin bəhrəsi olduğunu deyən Ziyad Səmədzadə hər kəsi Zəfər Günü münasibətilə ürəkdən təbrik edib.

Daha sonra çıxış üçün səhnəyə “Fire Land Group”un rəhbəri Cəlal Qurbanov dəvət olunub. “Bu yaxınlarda şəhid analarımızın yanında da dedim, mənim sizin qarşısınızda bir söz demək üçün haqqım yoxdur, çünki Sizin oğullarının 30 ildə heç kimin deyə bilmədiyini dedilər” – deyə təsirli sözlərlə çıxışa başlayan C. Qurbanov hər kəsi Zəfər Bayramı münasibətilə təbrik edib. “Ali Baş Komandan İlham Əliyevin şəhid ailələrinə diqqəti, qayğısı hər birimiz üçün nümunə olmalıdır” – deyən Fİre Land Groupun rəhbəri şəhidlərimizlə bağlı keçirilən hər bir tədbirin Vətən qarşısında borcumuzu, məsuliyyətimizi dərk etmək üçün bir fürsət olduğunu bildirib.

“Mənim oğlum qəhrəmandır” və “Mənim atam qəhrəmandır” layihəsinin həyata keçirildiyi ilk gündən bu layihəyə dəstək olan Heydər Əliyev Fondunun rəhbəri Anar Ələkbərova, Müdafiə Nazirliyinə, Daxili İşlər Nazirliyinə, Mədəniyyət Nazirliyinə, Dövlət Turizm Agentliyinə,hər zaman tədbirlərdə iştirak edən millət vəkillərinə və eləcə də bu tədbirin könüllülərinə dərin minnətdarlığını bildirib. Suraxanı və Abşeron Rayon İcra Hakimlərinin də daim şəhid ailələrini diqqətdə saxladığını vurğulayan Cəlal Qurbanov icra hakimiyyətlərinin Şəhid ailələri ilə dövlət arasında bir körpü olduğunu və bu körpünü qoruyan dövlət qurumlarını alqışladığını bildirib.

Tədbirdə daha sonra 2 övladını şəhid verən Elşən və Xaliq Abbasovların atası Asif ata çıxış edib. Vətən uğrunda şəhid olan övladlarının bu Vətənin də övladı olduğunu bildirən şəhid atası bütün şəhidlərimizlə, qazilərimizlə fəxr etdiyini bildirib. “Prezidentimiz hər şəhidə öz qardaşı,öz övladı kimi yanaşır, bu bizə böyük təskinlikdir” - deyən Asif ata onları ayaqda tutan məqamın məhz Ali Baş Komandanın diqqətini, qayğısını olduğunu deyib.

Tədbirin çıxışçılarından olan Suraxanı Rayon İcra Başçısı Adil Əliyev belə möhtəşəm tədbirə görə, şəhud ailələrini daim diqqətdə saxladıqlarına görə Cəlal Qurbanova təşəkkür etdi. “Biz kimliyindən asılı olmayaraq, hər birimiz bu Vətənin əsgərləriyik, ömrümüz yetənə kimi hər zaman Ali Baş Komandanın əmrilə bu xidməti yerinə yetirəcəyik” – deyən millət vəkili “Bu gün Şəhidlərimiz ruhu şaddır, çünki biz Qarabağa qayıtmışıq” deyə vurğulayıb.

Qeyd edək ki, tədbirdə millət vəkillərindən Arzu Nağıyev, Məlahət İbrahimqızı, Afət Həsənova, Mehriban Vəliyeva, İlham Məmmədov da iştirak edib.

Tədbirin gedişatı zamanı şəhid ataları öz minnətdarlıqlarını bildirmək üçün Lalə Azərtaşa, Nazpəri Dostəliyevaya, Gülüstan Əliyevaya və millət vəkili Afət Həsənovaya gül dəstələri təqdim etdilər və onların timsalında diqqət göstərən hər kəsə təşəkkür ediblər. Şəhid atalarının bu incə hərəkətindən təsirlənən millət vəkili Afət Həsənova bu anın onun üçün ömür boyu yaddan çıxmayan hadisələr sırasında olacağını bildirərək, şəhid atalarından gül çələngi almağının onun üçün müqəddəs bir an olduğunu bildirib. “Azərbaycan xalqı var olduqca əziz şəhidlərimiz daim anılacaq, yaddaşlarda əbədi qalacaq” – deyən Afət Həsənova şəhid atalarına dərin təşəkkürünü bildirib.

Tədbirin bədii hissəsində tanınmış sənət nümayəndələri Zabit Nəbizadə, Gülüstan Əliyeva, Nazpəri Dostəliyeva, Mirələm Mirələmov, Kamilə Nəbiyeva, tarzən Məsim İslamov çıxışları ilə zəfərimizin səbəbkarı olan şəhidlərimizə və onların ailələrinə öz minnətdarlıqlarını ifadə ediblər.

Qeyd edək ki, artıq 4 ildir həyata keçirilən “Mənim atam qəhrəmandır” və “Mənim oğlum qəhrəmandır” layihəsinin 50-dən çox tədbirində bu vaxta kimi 2900-dan çox şəhid ailəsi iştirak edib.

Tədbirlər Azərbaycanın ən görkəmli yerlərində, eləcə də Heydər Əliyev Mərkəzində, Şuşa Dövlət Qoruğunda, Yanardağ Dövlət Tarix və Mədəniyyət Qoruğunda, Şahdağ Turim Mərkəzində, Dreamland Golf Klubda, İçərişəhər Dövlət Qoruğunda, Xızı, Şəki, Oğuz, Lerik, Qəbələ kimi gözəl rayonlarımızda həyata keçirilib.


Müəllif: Teleqraf.com
Избранный
16
6
teleqraf.com

7Источники