RU

Heydər Əliyev adına Hərbi İnstitutun güləş zalı inventarla təmin edilib

Azərbaycan Güləş Federasiyası (AGF) 8 noyabr – Zəfər Günü ərəfəsində Heydər Əliyev adına Hərbi İnstitutun güləş zalını inventarla təmin edib.

AGF-nin mətbuat xidmətindən Bakıvaxtı.az-a verilən məlumata görə, 1918-ci ildə əsası qoyulmuş Hərbi İnstitutda 17 idman növü üzrə məşqlər keçirilir və onların arasında güləş prioritet təşkil edir. Bildirilib ki, federasiyanın inventar dəstəyi ali məktəbin kursantları arasında güləşin daha da populyarlaşmasına və sevilməsinə təkan verir, eləcə də onların daha yüksək hazırlığa sahib olmasında müstəsna rol oynayır.

Qonaqlar daha sonra nümunəvi məşqi izləyiblər, güləş mütəxəssisləri isə kursantlara öz tövsiyələrini veriblər.

Избранный
8
3
bakivaxti.az

9Источники