RU

Prezident İlham Əliyev Vyetnamın yeni seçilmiş prezidentini təbrik edib

Bakı. Trend:

Prezident İlham Əliyev Vyetnam Sosialist RespublikasınınPrezidenti Zati-aliləri cənab Lıonq Kıonqa təbrik məktubuünvanlayıb.

Trend xəbər verir ki,məktubda deyilir:

"Hörmətli cənab Prezident,

Vyetnam Sosialist Respublikasının Prezidenti vəzifəsinəseçilməyiniz münasibətilə Sizi səmimi-qəlbdən təbrik edirəm.

Xoş ənənələrə əsaslanan Azərbaycan-Vyetnam əlaqələri uğurlainkişaf etməkdədir. Dövlətlərarası münasibətlərimizin vəəməkdaşlığımızın bugünkü səviyyəsi məmnunluq doğurur.

İnanıram ki, ölkələrimiz arasındakı dostluq əlaqələrinin daha dagenişlənməsi, qarşılıqlı faydalı əməkdaşlığımızın həm ikitərəfli,həm də çoxtərəfli qaydada möhkəmlənməsi yolunda birgə səylərgöstərəcəyik.

Sizə ən xoş arzularımı çatdırır, dost Vyetnam xalqının rifahınaminə qarşıdakı məsul fəaliyyətinizdə müvəffəqiyyətlərdiləyirəm".

Избранный
10
46
az.trend.az

10Источники