RU

Parlament ehtiyata buraxılan hərbi qulluqçularla bağlı qanunda dəyişikliyi TƏSDİQLƏDİ

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Milli Məclis "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin təsdiq edilməsi barədə" və "Hərbi vəzifə və hərbi xidmət haqqında" qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsində dəyişiklik edilməsi barədə qanun layihəsini son oxunuşda təsdiqləyib.
Oxu.Az xəbər verir ki, bununla bağlı təklif edilən dəyişiklik parlamentin bugünkü plenar iclasında müzakirəyə çıxarılıb.
Layihəyə əsasən, xidməti uyğunsuzluğa görə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) ordudan ehtiyata buraxılan hərbi qulluqçular öz xahişinə əsasən hərbi-həkim komissiyasının müayinəsinə göndərilməyə bilərlər.
Dəyişiklik layihəsi üçüncü oxunuşda qəbul edilib.
Mərahim Nəsib
Избранный
94
19
oxu.az

10Источники