RU

“Bank sistemində islahatlara ehtiyac var”

“Bank

“Hazırda bank sistemində ciddi şəkildə islahatlara ehtiyac var. Xüsusilə, ödəniş zamanı əsas borc və faizin azalmasındakı ciddi ziddiyyətin təşkil olunmasıdır”.

Bunu xalqcebhesi.az-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Müşfiq Cəfərov söyləyib.

M.Cəfərov əlavə edib ki, əgər müştəri ödəniş edirsə faizdən daha böyük rəqəm silinir, əsas borcdan isə çox cüzi məbləğ silinir:

“Bunu faizlə göstərsək, bu adətən 20/80 faiz nisbətində olar. Təbii ki, bu dərəcələr çox yüksəkdir. Bütün bunların da əsas səbəblərindən biri Azərbaycanda bankların resurslara çıxış imkanlarının məhdud olması, ölkə iqtisadiyyatında risk səviyyəsinin yüksək olmasıdır. Ölkədəki aparıcı banklar əsasən kredit resursunu əmanətlərin hesabına formalaşdırır.

Təxmini hesablamalara görə bankların maliyyəsinin 50 faizi əhalidən yığılan əmanətlərin hesabına formalaşıb. Hətta bəzi banklarda bu göstərici 60-70 faizə çatır. Yəni bank nə qədər kiçikdirsə, onun əmanətlərdən asılılığı daha yüksəkdir. Bu baxımdan bankların resurs cəlb etməməsi və cəlb etdikləri resursun maya dəyərinin baha olması bankların kredit dərəcələrinin yüksək olması ilə nəticələnir”.

Deputat ikinci səbəb kimi risk səviyyəsinin yüksək olmasını göstərib:

“Çünki bu gün əhaliyə verilən kreditlərin geri qaytarılmasında böyük problemlər olduğundan banklar həm kredit faizləri üzrə, həm də prosedurlar üzrə kredit şərtlərini ağırlaşdırırlar ki, heç olmazsa sabah kreditin qaytarılmasında problem olduqda yüksək faiz hesabına bunu bir qədər kompensasiya edə bilsinlər. Bankların kredit faizlərinin yüksək olmasına səbəblərdən biri də məhz Mərkəzi Bankın uçot dərəcəsinin yüksək olması ilə əlaqədardır”.

Röya

Избранный
14
xalqcebhesi.az

1Источники