Bu ilin yanvar-oktyabr ayları ərzində Azərbaycandan xarici bazarlara 141,9 milyon ABŞ dolları dəyərində 118,9 min ton pomidor ixrac olunub.
Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, ötən ilin müvafiq dövrünün göstəricilərinə nisbətdə ixracın dəyəri 12,4 faiz, həcmi isə 4,8 faiz artıb.
İstixana şəraitində yetişdirilən pomidor əsasən Rusiya bazarlarına ixrac olunur.