RU

Həmyerlimiz "Rusiya Xalq Artisti" fəxri adına layiq görüldü

Rusiyada həmyerlimiz “Xalq artisti” fəxri adına layiq görülüb.

Adalet.az xəbər verir ki, Rusiyanın əməkdar incəsənət xadimi, Marinski Teatrı Primorsk səhnəsinin baş baletmeysteri  Eldar Ağabala oğlu Əliyev bu ada xoreoqrafiya sənətinin inkişafında böyük xidmətlərinə görə layiq görülüb. 

Məlumatı teatrın mətbuat xidməti yayıb.

Qeyd edək ki, 1957-ci ildə Bakıda anadan olan E.Əliyev 1966-75-cı illərdə Bakı Xoreoqrafiya Məktəbini fərqlənmə diplomu ilə bitirib. Hərbi xidmətdən sonra Rusiyada qalaraq öz sevimli peşəsini davam etdirib. Dünyanın 40 ölkəsində həm solist kimi çıxış edib, həm də məşhur balet əsərlərinə quruluş verib. 

 Əntiqə Rəşid

Избранный
32
adalet.az

1Источники