RU

"Qərb Cənubi Qafqazda sülhün bərqərar olmasına mane olur" - Şoyqu

Cənubi Qafqazda vəziyyət mürəkkəb olaraq qalır, lakin onun yaxşılaşdırılması üçün ilkin şərtlər var.

APA-nın Rusiya bürosu xəbər verir ki, bunu MDB Təhlükəsizlik Şurası katiblərinin Moskvada keçirilən 12-ci iclasında Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu deyib.

Onun sözlərinə görə, Qərb Cənubi Qafqazda vəziyyətin normallaşmasına, sülhün bərqərar olmasına mane olur.

“Xarici oyunçular, ilk növbədə, Qərb ölkələri yaramaz məqsədlərlə buna mane olur. Bu ancaq regional problemlərin regional həll yollarını tələb etdiyi tezisini təsdiqləyir. Cənubi Qafqazda biz 3+3 regional əməkdaşlıq platformasının gücləndirilməsi üçün mümkün olan hər şeyi etmişik və edirik. Ümid edirik ki, İstanbulda nazirlərin görüşündən sonra bu mexanizmin işi daha da fəallaşacaq", - deyə Şoyqu vurğulayıb.

Избранный
12
5
azpolitika.info

7Источники