RU

Rusiya kəşfiyyatı ABŞ-ın Ermənistanla bağlı planlarını açıqlayıb

ABŞ Dövlət Departamenti Ermənistanda respublikanın qərbyönümlü inkişaf formatına doğru yönləndirmə prosesini sürətləndirir və onu “milli intihara” sövq edir. “TASS” xəbər verir ki, bu barədə Rusiya Xarici Kəşfiyyat Xidmətinin (SVR) mətbuat bürosu məlumat yayıb.

Agentlik bildirir ki, ABŞ Dövlət Departamenti Ermənistanda qərbyönlü vətəndaş cəmiyyəti strukturlarının işini sürətləndirib. Birləşmiş Ştatlar bunu artıq Ukrayna və Moldovada tətbiq edilən üsullarla etməyi planlaşdırır. ABŞ Dövlət Departamenti ilə əlaqəli təşkilatlara Ermənistan hökumətinin işini Qərbin maraqlarına uyğunlaşdıracaq xarici müşavirlərin fəal iştirakını təmin etmək tapşırılıb.

Departament Ermənistanda ictimai-siyasi proseslərdə planlaşdırılmış anti-Rusiya istiqamətinin formalaşması barədə məlumat verir. Buna nail olmaq üçün İrəvanla Rusiya, Aİİ və KTMT arasında əməkdaşlıq imkanlarını gözdən salmaq üçün kampaniyaya start veriləcək. SVR əlavə edib ki, Vaşinqton hesab edir ki, Ermənistan öz adət-ənənələrindən, milli dəyərlərindən və ən yaxın tərəfdaşları ilə sabit ticarət-iqtisadi münasibətlərdən əl çəkməlidir.

Almaz Həsənli

Избранный
19
oxumeni.az

1Источники