RU

Bakının skuter problemi: harda gəldi atıb gedirlər – Ekspert həlli yollarından danışdı - FOTO

Son zamanlar paytaxtda skuter idarə edənlərin sayında artım müşahidə edilir. Bu da velosiped zolaqlarının salınmasından sonra genişlənib. Artıq paytaxtda icarəyə skuter götürüb bir nöqtədən digərinə getmək daha asandır.

Avtosfer.az xəbər verir ki, burada əsas problem nəqliyyat vasitələrinin düzgün park edilməməsidir. Belə ki, tez-tez səkilərdə, dayanacaqlarda, yolun hərəkət hissəində tərk edilmiş skuterlərə rast gəlirik. Bunun da əsas səbəblərindən biri skuterləri kirayə verən şirkətlər tərəfindən parkinq yerlərinin yaradılmaması, eyni zamanda nəzarət mexanizminin olmamasıdır. 


Nəqliyyat eksperti Elməddin Muradlı deyir ki, COP29 ərəfində ekoloji təmiz nəqliyyat vasitələrinin şəhərimizdə olması təqdirəlayiqdir. “Lakin bu cür səliqəsizlik və nəzarətsizlik olmaz. Bəzən grürsən ki, yolun hərəkət hissəsində skuterlər atılıb. Yaxud da səkidə piyadaların düz yolunun üstündədir. Bu isə ciddi maneələr yaradır. Xüsusilə gecə vaxtı qəzaların baş verməsinə səbəb ola bilər.”


Ekspert çıxış yolu kimi xüsusi parkinqlərin sayının artırılması və dayanacaqların təşkil edilməsini təklif edib. “Düzdür müəyyən ərazilərdə parkinqlər var. Amma sayı olduqca azdır. Düşünürəm ki, bu istiqəmətdə daha ciddi işlər aparılmalıdır. Çünki velosiped yolları getdikcə genişlənir. Təbii ki, skuter idarə edənlərin də sayı artacaq. Əvvəl bu işlə bir şirkət məşğul olurdusa artıq onların da sayı artıb. Deməli problem böyümədən onu həll etmək lazımdır. Düşünürəm ki, bununla bağlı həm dövlət səviyyəsində, həm də ictimai nəzarət olmalıdır.”

Könül

 

FOTO QALEREYA
Избранный
24
1
avtosfer.az

2Источники