RU

Allahşükür Paşazadə dini liderlərə çağırış edib

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə Ağdam Cümə məscidindən dünya dini liderlərinə çağırış edib. SİA xəbər verir ki, A. Paşazadə bu barədə Dini Liderlərin Qlobal Bakı Sammitinin iştirakçıları ilə Ağdam Cümə məscidində söhbətində fikirlərini ifadə edib.

QMİ sədri dini liderlərdən Qarabağda gördükləri dağıntıları, erməni vəhşiliklərini, vandalizm aktlarını, soyqırımı hadisələri haqqında məlumatları dünyaya çatdırmağı istəyib.

"Sizdən yalnız gördüklərinizi, həqiqəti dünyaya çatdırmağınızı istəyirik ki, bu müsibətlər başqa xalqın başına gətirilməsin. Ağdam Cümə məscidi tarixi məsciddir. Ermənilər burada donuz saxlayırdılar. Bu onların dinə, İslama münasibəti idi. Şükür Allaha ki, Azərbaycan buna son qoydu".

Избранный
14
7
sia.az

8Источники