Çempionlar Liqasının əsas mərhələsinin 4-cü turunda bir qədər gözlənilməz hesab qeydə alınıb.
“Sportinq” turnirin favoritlərindən sayılan “Mançester Siti”ni 4:1 hesabı ilə məğlub edib. Qeyd edək ki, Portuqaliya klubunu çalışdıran Ruben Amorim MS-nin əzəli rəqibi olan “Mançester Yunayted”ə baş məşqçi təyin edilib. O, yeni iş yerində fəaliyyətə noyabrın 11-də başlayacaq.
Lissabonda keçirilən matç “Siti” üçün 6 ildən sonra antirekord kimi yadda qalıb. Qvardiolanın komandası 2018-ci ildən sonra ilk dəfə ardıcıl 3 oyunda məğlub olub. Xatırladaq ki, İngiltərənin son çempionu bundan əvvəl premyer-liqada “Bornmut”a (1:2), İngiltərə Liqa Kubokunda isə “Tottenhem”ə (1:2) uduzmuşdu.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта