RU

Sosioloq: Bullinqləri həyata keçirənlərə qarşı sərt addımlar atılmalıdır

Sosial şəbəkənin Azərbaycan seqmentində qızlar arasında davanın görüntüləri yayılıb.
Videoda bir qızın döyülərək alçaldıldığı və kiminsə arxasınca danışdığına görə üzr istəməyə məcbur edildiyi əks olunub.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin əməkdaşı İbrahim Əmiraslanlı Oxu.Az-a açıqlamasında bildirib ki, görüntülərlə bağlı araşdırma aparılır.

Sosioloq Üzeyir Şəfiyev “Sherg.az”a söyləyib ki, son zamanlar buna bənzər hadisələr tez-tez yaşanması üzücü vəziyyətdir:              

 "Bununla bağlı hüquq-mühafizə orqanları adekvat addımlar atıb. Bir sıra şəxslər sosial şəbəkələri bol zona kimi təsvir edirlər. Elə düşünürlər ki,onların sosial platformalarda fəaliyyəti nəzarətsizdir və əxlaqa zidd davranışları hüquqi məsuliyyət yaratmır. Əslində bu nüans həmin şəxslərin hüquqi savdlılığının aşağı səviyyədə olmasından irəli gəlir. Belə düşüncələr isə təmamilə yanlışdır. Çünki real həyatda olduğu kimi virtualda da istifadəçilərin əxlaqa zidd davranışları hüquqi məsuliyyət yaradır. Həmçinin, sosial şəbəkə fəaliyətinin tənzimlənməsi ilə bağlı ayrıca qanunun qəbul edilməsinə ehtiyac var. Doğrudur, Azərbaycanda "Media haqqında" qanunun 10-cu maddəsi sosial şəbəkə seqmentini əhatə edir. Eyni zamanda, 2016-cı ildə Cinayyət Məcəlləsinə 148-1-ci maddə əlavə olundu. Bununla sosial şəbəkə platformalarında şərəf və ləyaqətin alçaldılması ilə bağlı əməllərə görə, hüquqi məsuliyyət nəzərdə tutuldu. Həm Mülki Məcəllənin 23-cü, həm də Cinayət-Prosessual Məcəlləsinin 37-ci maddəsində belə şəxsiyyət əleyhinə əxlaqa zidd hərəkətlər üçün məsuliyyət qeydə alınıb. Güman edirəm ki, bu barədə sosial media üzərindən vətəndaşları məlumatlandırmaq lazımdır. Məhz, bu zaman belə halların qarşısını almaq olar. Təbii ki, buna bənzər hadisələr psixoloji sirayət gücünə malikdir. Görüntülərə baxan insanlar da öz ətrafına qarşı eyni əməlləri etməkdə maraqlı olacaq. Fikrimcə, belə hadisələrə qarşı hüquqi,ictimai qınaq müstəvisində dözülməz olmalıyıq. Bir sözlə, hüquq-mühafizə orqanları bullinqləri həyata keçirənlərə qarşı sərt addımlar atmalı və onları ifşa etməlidirlər ki, başqalarına dərs olsun".
Избранный
23
sherg.az

1Источники