“Sabah”ın basketbolçusu Klavs Kavars FİBA Avropa Kubokunda yeni rekord vurub.
İdman.biz xəbər verir ki, o, buna Yunanıstanda “Marussiya”ya 71:82 hesabı ilə uduzduqları matçda nail olub.
Latviyalı oyunçu bir qarşılaşmada 8 blok etməklə tarixə düşüb. Kavars 2017-ci ildə Kervin Bristolinə ("Kataja Basket") məxsus rekordu yeniləyib. Sonuncu 7 il öncə 7 blokla ilkə imza atmışdı.
Klavs oyunda 9 xal, 13 ribaund da etməyi bacarıb. Amma buna baxmayaraq, “Sabah” turnirdə qrupdan çıxmaq imkanını itirib.
Qeyd edək ki, təmsilçimiz meydana çıxdığı 4 matçın hamısında uduzub.
İdman.biz