Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib, Premyer Liqa və İkinci Liqa ilə bağlı bir sıra qərarlar qəbul olunub.
Arena.az sizi həmin qərarların siyahısı ilə tanış edir:
Azərbaycan Premyer Liqası, 3-cü turdan təxirə salınmış oyun
“Zirə” – “Araz-Naxçıvan” oyununda “Araz-Naxçıvan”ın 6 futbolçusu sarı vərəqə aldığına görə Naxçıvan komandası 700 manat cərimə edilib.
İkinci Liqa, 9-cu tur
“Dinamo” – “Lerik” oyununun 32-ci dəqiqəsində “Lerik”in futbolçusu Elvin Cahangirli ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanıb. “Lerik” komandası buna görə 50 manat cərimə edilib.
“Şəfa” – “Hypers Quba” oyununda “Şəfa”nın fotoqrafı Əsasnamənin tələblərini pozduğuna görə “Şəfa” komandası 50 manat cərimə edilib. Oyunun 90+2-ci dəqiqəsində “Hypers Quba”nın futbolçusu Qeyrət Əliyev ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanıb. “Hypers Quba” komandası buna görə 50 manat cərimə ödəyəcək. “Hypers Quba”nın 5 futbolçusu sarı vərəqə aldığı üçün sözügedən klub daha 70 manat cərimə edilib.
“Şahdağ Qusar” – “Göygöl” oyununun 58-ci dəqiqəsində “Göygöl”ün futbolçusu Pərvin Zeynalov rəqibi aşkar qol imkanından məhrum etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanıb. “Göygöl” komandası bu üzdən 100 manat cərimə edilib.
“Ağdaş” – “Füzuli” oyununun 43-cü dəqiqəsində “Ağdaş”ın baş məşqçisi Ruslan Hüseynov hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 5 oyun cəzalanıb. “Ağdaş” komandası buna görə 400 manat cərimə ödəyəcək. Oyunun ikinci hissəsində xərəkdaşıyanlar olmadığına görə “Ağdaş” komandası 80 manat cərimə edilib.