RU

Bundan sonra dolları nə gözləyir?

ABŞ-də seçki sonrası qeyri-müəyyənlik artdıqca Federal Ehtiyat Sistemi yenidən faiz dərəcələri ilə bağlı qərar verəcək.

Trampın seçilməsi, Ağ Evin FED-in qərarlarına müdaxilə ehtimalını da artırıb. İnvestorlar daha yüksək inflyasiya, daha böyük federal büdcə məhdudiyyəti və yeni seçilmiş Prezident Tramp dövründə daha sürətli iqtisadi artım gözləyir.

“Wall Street”in “Tramp ticarəti” adlandırdığı yerdə çərşənbə günü səhm qiymətləri də yüksəlib, bitkoin və dolların dəyəri artıb. Tramp seçkiqabağı kampaniyası zamanı kriptovalyutalardan danışmışdı. Çox güman ki, dollar daha yüksək dərəcələrdən və Trampın təklif etdiyi tariflərin bütövlükdə artırılmasından faydalanacaq.

Mövzu ilə bağlı iqtisadçı-ekspert Razi Abbasbəyli “Cebheinfo.az”-a açıqlamasında deyib ki, Donald Trampın prezident seçilməsindən sonra dünya birjalarında fərqli bir situasiya yaranıb:

“Neft dəyər itirməyə başladı, bitkoin bahalaşdı və eyni zamanda dollar 5% -lik dəyər qazanmasına şahid olduq. Bu proseslər davam edəcək. Proqnozlar ondan ibarətdir ki, dünya birjalarında dollar dəyər qazanmağa başlayacaq və neft dəyər itirəcək, kriptovalyuta və Amerikanın iri şirkətlərinin səhmləri bahalaşacaq”.

O bildirib ki, Tramp Amerikaya idxal olunacaq məhsullara 10 faizlik idxal rüsumu tədbiq etmək istəyir:

“Hazırda Avropa İttifaqı ölkələri Trampın bu qərarı qəbul etməməsi üçün cəhdlər göstərirlər. Lakin böyük ehtimalla Tramp sözügedən qərarı qəbul edəcək. İdxal olunan məhsulların rüsumları artıracaq və strateji məhsullara sanksiyalar tətbiq oluna bilər”.

Ekspert qeyd edib ki, D.Tramp əsasən ticarət müstəvisində “hər şey Amerika üçün” tezisi ilə hakimiyyətə gəlib:

“Bundan sonra Amerikanın iqtisadiyyatında artım olması, ciddi iqtisadi artim olması üçün islahatlar aparılacaq. Eyni zamanda, “Google”, “Meta” və “Microsft” kimi şirkətlərin səhmlərinin satışa çıxarılması və hissəyə bölünməsi ilə bağlı da işlər görülə bilər”.

R.Abbasbəyli hesab edir ki, Trampın qələbəsi milli valyutalara xarici təyziqləri artıracaq:

“Neftin ucuzlaşması fonunda dolların bahalaşması milli valyutalara olan xarici təzyiqləri artıra bilər. Lakin buna baxmayaraq, ölkəmizdə dolların məzənnəsinin yüksəlməsi gözlənilən deyil. Ona görə ki, milli valyutamıza olan təyziqlərin qarşısını Mərkəzi Bank tərəfindən alınır. Buna görə ölkəmizdə dolların bahalaşacağı gözlənilmir”.

Həsən Məmmədov

“Cebheinfo.az”

Избранный
12
27
cebheinfo.az

10Источники