Macarıstanın baş naziri Viktor Orban ABŞ-nın yeni prezidenti Donald Trampla telefon danışığından sonra “gələcək üçün böyük planları” açıqlayıb.
Reyting.az xəbər verir ki, baş nazir bu barədə “X” sosial şəbəkəsindəki səhifəsində yazıb.
“Seçkidən sonra prezident Donald Trampla ilk telefon danışığım oldu. Gələcək üçün böyük planlarımız var!”, - baş nazir qeyd edib.
Təbrikləri zamanı Orban bildirib ki, Trampın qələbəsi ABŞ-nın siyasi tarixində ən böyük dönüşdür.
Eyni zamanda, Macarıstanın baş naziri bildirib ki, D. Trampın ABŞ seçkilərində qələbəsi ilə əlaqədar Avropa İttifaqı Ukrayna ilə bağlı yeni strategiya hazırlamalıdır. Onun sözlərinə görə, bu seçkinin nəticəsi Avropanın Ukraynaya hərbi və maliyyə yardımını müstəqil şəkildə davam etdirə bilməsi məsələsini gündəmə gətirir.