RU

Ahmet Akyol: ASELSAN-ın LGK tuşlama dəsti Azərbaycanın QFAB-250 bombası ilə missiyaya hazırdır

Azərbaycanda keçirilən bir sıra uğurlu sınaqlarda Azərbaycan Müdafiə Sənayesi Nazirliyi tərəfindən hazırlanmış QFAB-250 LG bombası ASELSAN şirkətinin lazer tuşlama dəsti (LGK) ilə hədəfini dəqiq şəkildə vuraraq yüksək effektivlik nümayiş etdirib.

“Poliqon” ASELSAN-a istinadən xəbər verir ki, bu, tədqiqat-inkişaf, prototip inkişafı, yer sınaqları, platforma inteqrasiyası və sahə sınaqlarını əhatə edən geniş birgə səylərin nəticəsidir.

Sınaqlar zamanı Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus SU-25 döyüş təyyarələri ASELSAN-ın LGK lazer tuşlama dəsti ilə təchiz edilmiş QFAB-250 LG bombalarını buraxıb. LGK sayəsində bu bombalar yüksək dəqiqlikli ağıllı sursata çevrilib. LGK ilə təchiz olunan bombalar təyyarələrdə hədəfləmə podlarından və ya piyada tərəfindən dəstəklənən lazer işarələyicilərdən istifadə edərək, yüksək dəqiqliklə hədəfləri aşkarlayıb məhv edə bilir.

ASELSAN-ın baş direktoru Ahmet Akyol QFAB-250 LG bombasına LGK dəstinin inteqrasiyası ilə bağlı fikirlərini bölüşüb: “Bizim lazer tuşlama dəstimiz QFAB-250 LG bombası ilə missiyaya hazırdır. O, effektiv diapazona, dəqiq vuruşa və yüksək effektivliyə malikdir. Azərbaycanla biz texnologiyada da “bir millət, iki dövlətik”.

Qeyd edək ki, bu, ASELSAN-ın Azərbaycanla ilk əməkdaşlığı deyil. Çünki LGK dəsti daha əvvəl İkinci Qarabağ müharibəsi zamanı digər döyüş sursatlarına intqerasiya olunaraq Azərbaycan Hərbi Hava Qüvvələri tərəfindən istifadə edilib.

Избранный
14
poliqon.az

1Источники