RU

Dünya azərbaycanlıları COP29-un Azərbaycanda keçirilməsi ilə əlaqədar bəyanat yayıblar

Bakı. Trend:

Dünya azərbaycanlıları COP29-un Azərbaycanda keçirilməsi iləəlaqədar bəyanat yayıblar.

Diasporla İş üzrə Dövlət Komitəsindən Trend-ə daxil olan bəyanatdadeyilir:

“Biz xaricdə yaşayan azərbaycanlılar ölkəmizdə dövlətsəviyyəsində həyata keçirilən ekoloji siyasəti, qlobal ekolojiböhran şəraitinin yaratdığı problemlərin aradan qaldırılmasıistiqamətində Azərbaycanın atdığı mühüm addımları və səmərəlifəaliyyətini təqdir edir, 2024-cü il noyabrın 11-22-də BirləşmişMillətlər Təşkilatının İqlim Dəyişmələri üzrə ÇərçivəKonvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29)Azərbaycanda keçirilməsini olduqca vacib sayır, bu tədbirin dünyadaətraf mühitin qorunmasına mühüm töhfələr verəcəyinə inanırıq.

Sevindirici haldır ki, bu gün 30 il ərzində Ermənistantərəfindən ekoloji terrora məruz qalmış Qarabağda, işğaldan azadedilmiş digər ərazilərdə bərpa-quruculuq işləri aparılır, ekolojitəhlükəsiz mühitin təmin olunması üçün zəruri infrastrukturyaradılır. Qarabağ, Şərqi Zəngəzur, eləcə də Naxçıvan MuxtarRespublikası “yaşıl enerji” zonaları elan edilib. Qarabağda təkcəsu elektrik stansiyalarından deyil, habelə külək, günəş elektrikstansiyaları kimi alternativ və bərpaoluna bilən enerji növlərindəndə istifadə ediləcək.

Paytaxt Bakıda və digər böyük şəhərlərimizdə avtomobil parkınınyenilənməsi, ekoloji cəhətdən təmiz elektrik mühərrikli nəqliyyatvasitələrindən istifadənin stimullaşdırılması, bu tipavtomobillərin ƏDV-dən azad edilməsi, parkların, yaşıllıqlarınsalınması, “Yaşıl enerji” zonalarının yaradılması da ölkəmizdəekologiyanın qorunmasının bariz nümunələridir.

Təqdirəlayiq haldır ki, bu gün ətraf mühitin mühafizəsi, ekolojiproblemlərin həlli istiqamətində ixtisaslaşmış ictimai təşkilatlar,o cümlədən IDEA (Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq)İctimai Birliyi də mühüm işlər görür, genişmiqyaslı layihələrhəyata keçirir.

Azərbaycanın BMT-nin İqlim Dəyişmələri üzrə ÇərçivəKonvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına, yəniCOP29-a ev sahibliyi etməsi ölkəmizin dünyada artan nüfuzunun barizgöstəricisi, Azərbaycanın yaşıl iqtisadiyyata keçid strategiyasınınməntiqi davamıdır. Bu məqsədlə Sizin Sərəncamınızla 2024-cü ilinAzərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan olunması birdaha sübut edir ki, qlobal ekoloji böhran şəraiti və onun cəmiyyətüçün yaratdığı problemlər, bu problemlərin həlli yolları günümüzünən aktual məsələlərindən biridir.

Son zamanlar, xüsusilə də COP 29 ərəfəsində biz xaricdə yaşayanazərbaycanlılar ölkəmizə qarşı bir mərkəzdən idarə olunan vəsistemli xarakter daşıyan fəaliyyətin şahidi oluruq. Belə ki,Azərbaycanın öz siyasi, iqtisadi, hərbi gücünə həll etdiyi keçmişQarabağ münaqişəsinin yenidən “canlanmasına” cəhdlərgöstərilməkdədir.

Bir daha bəyan edirik ki, Azərbaycan öz gücünə otuz illik işğalavə haqsızlığa son qoymaqla təkcə öz milli maraqlarını deyil, həm dəbeynəlxalq hüququn aliliyini və BMT Təhlükəsizlik Şurasınınqətnamələrinin icrasını təmin edib.

Biz xaricdə yaşayan azərbaycanlılar xalqımıza böyük zəfərqazandırmış, ərazi bütövlüyümüzü və suverenliyimizi tam bərpa etmişMüzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək,Azərbaycanın inkişafı naminə göstərdiyi xidmətləri və taleyüklüməsələlərin həllində göstərdiyi qətiyyəti təqdir edir, onunrəhbərliyi ilə Azərbaycanın bundan sonra da inkişaf edəcəyinə vəyeni-yeni zirvələr fəth edəcəyinə əminliyimizi bildiririk.

Təsadüfi deyil ki, bu il Azərbaycanda keçirilmiş 7 fevralnövbədənkənar prezident seçkilərində xaricdə yaşayanazərbaycanlıların təşəbbüsü ilə yaradılmış “BİZ - Zəfər YolunaDavam!” platforması xaricdəki Azərbaycan icmalarının Vətənəbağlılığının, dövlətimizin milli maraqlarının keşiyində möhkəmdayanmalarının bariz nümunəsi olmuş, Azərbaycan diasporunun siyasıyetkinliyinin, azərbaycançılıq ideologiyasına sadiqliyiningöstəricisinə çevrilmişdir.

Bu gün BMT ailəsinin tamhüquqlu üzvü olan Azərbaycan yer üzündəsülhün və təhlükəsizliyin bərqərar edilməsi naminə yeritdiyisiyasət sayəsində dünya dövlətləri arasında layiqli yertutmuşdur.

İnanırıq ki, ölkəmiz digər qlobal səviyyəli tədbirlərdə olduğukimi, COP29-un da yüksək səviyyədə təşkilinə nail olmaqla,yekdilliklə ona göstərilmiş etimadı doğruldacaq, dünyada ətrafmühitin mühafizəsi, ekoloji problemlərin həlli istiqamətində mühümirəliləyişlərə öncüllük edəcəkdir”.

Qeyd edək ki, bəyanatı 271 diaspor qurumunun rəhbəri vənümayəndəsi imzalayıb.

Избранный
19
16
az.trend.az

10Источники