RU

Dolları gözləyən aqibət: Trampın qələbəsi maliyyə bazarlarına necə təsir edəcək?

Müəllif:Gülbəniz Hüseynli/Banco.az

Dünya mediası ABŞ-nin 47-ci prezidenti Donald Trampın prezident seçilməsinin maliyyə bazarlarına təsiri barədə müxtəlif fikirlər irəli sürür.

Banco.az  "The Times" qəzetinin məlumatına əsasən xəbər verir ki,  Trampın qələbəsi nəticəsində ABŞ dolları və Bitcoin-in dəyəri əhəmiyyətli dərəcədə artıb. Bitcoin-in qiyməti rekord səviyyəyə çataraq 75,397 ABŞ dollarına yüksəlib, daha sonra 73,767 dollara enib. Dollar indeksi isə 1.4% artıb. Bu artımlar Trampın tariflər, vergi endirimləri, tənzimləmələrin azaldılması və kriptovalyutalara dəstək siyasətləri ilə əlaqələndirilir.

Məqalədə qeyd olunur ki, ABŞ fond bazarları da Trampın seçilməsi ilə yüksəlib. S&P 500 indeksi 2%, Nasdaq 1.6% və Dow Jones 2.9% artım göstərib. Xüsusilə bank sektorunda səhmlər, iqtisadi artım və tənzimləmələrin yüngülləşdirilməsi ümidləri ilə əhəmiyyətli dərəcədə yüksəlib.

"The Economist" jurnalının proqnozuna görə, investorlar bu dövrdə ehtiyatlı olmalı və bazarları diqqətlə izləməlidirlər.

İqtisadçı Elman Sadıqov Banco.az-a verdiyi açıqlamada dollarla bağlı məsələlərin qeyri-müəyyən olduğunu vurğulayıb. Sadıqov qeyd edir ki, Trampın bu sahədəki fikirləri birmənalı deyil:

“Tramp bir tərəfdən “dünyada dolların daha geniş şəkildə rezerv və hesablaşma valyutası kimi istifadə edilməli olduğunu” söyləyir. Digər tərəfdən isə, ABŞ-ın ixracını artırmaq, idxalı azaltmaq və ABŞ şirkətlərinin xaricdən, xüsusən də Çindən geri gətirilməsi üçün ucuz dolların daha əlverişli olduğunu vurğulayır. Eyni zamanda, tariflərin artırılacağını qeyd edir ki, bu da istehlak mallarının bahalaşması və inflyasiya təzyiqi deməkdir. Bununla yanaşı, FED-in siyasətində dəyişikliklər edəcəyini bildirir. Yəni, burada bir sıra paradoksal məqamlar mövcuddur. Alternativ enerji məsələsinin nisbətən arxa planda qalması ehtimalı var, lakin bu istiqamətdə proseslər davam edəcək; sadəcə, sürət və aktivlik məsələləri dəyişə bilər."

Ən sərfəli kredit üçün müraciət et

Избранный
40
banco.az

1Источники