RU

8 noyabr Zəfər Günü münasibəti ilə “ İnamlı Zəfər” mövzusunda tədbir keçirilmişdir TƏDBİR

07 noyabr 2024-cü il tarixdə YAP Tərtər rayon təşkilatının və Tərtər Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Yeni Azərbaycan Partiyasının Tərtər rayon təşkilatının inzibati binasında “İnamlı Zəfər” mövzusunda tədbir keçirilmişdir.

Tədbirdə YAP Tərtər rayon təşkilatının sədri Eldar Əsədov və rayon təşkilatının əməkdaşları, Tərtər Rayon İcra Hakimiyyəti başçısının aparatında İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Zabil Paşayev, ərazi partiya təşkilatlar sədrləri, rayonun səhiyyə , mədəniyyət və təhsil işçiləri iştirak ediblər.

Tədbirdə əvvəlcə Yeni Azərbaycan Partiyasının yardıcısı Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan YAP Tərtər rayon təşkilatının sədri Eldar Əsədov bildirdi ki, Azərbaycanın şanlı tarixinə daha bir Zəfər Günü yazıldı. Bu, Azərbaycanın qədim və tarixi şəhəri olan Şuşanın 2020-ci il 8 noyabr tarixində işğaldan azad olunması günüdür. Azərbaycanın Silahlı Qüvvələri 2020-ci ilin sentyabrın 27- dən noyabrın 10-dək davam edən müharibədə Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə bütün döyüş əməliyyatlarını yüksək səviyyədə həyata keçirməklə mənfur düşməni diz çökdürdü, şanlı Zəfər qazandı və tarixi ədaləti, ölkəmizin ərazi bütövlüyünü bərpa etdi. Ötən hər gün bizi Vətən müharibəsindən zaman etibarilə uzaqlaşdırsa da, hərbçilərimizin şücaəti, canı, qanı bahasına qazanılan bu qələbə hər bir azərbaycanlı üçün son dərəcə əziz və qiymətlidir. Məhz Ali Baş Komandanımızın rəhbərliyi ilə Azərbaycan Ordusu ərazi bütövlüyümüzü bərpa etdi. Tarixi ədalət bərpa olundu. Cəbrayılda, Füzulidə, Zəngilanda, Qubadlıda, Ağdamda, Kəlbəcərdə, Laçında nəhayət, Azərbaycanın dilbər guşələrindən biri olan Şuşa şəhərində üçrəngli bayrağımızın dalğalanması Azərbaycan tarixinin ən parlaq səhifələrini yazdı.

Sonra Tərtər Rayon İcra Hakimiyyəti başçısının aparatında İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Zabil Paşayevçıxış edərək qeyd etdi ki, 44 gün davam edən haqq mübarizəsi, şayəsində bütün dünya gördü ki, Azərbaycan bir yumruq kimidir. İnanırıq ki, tarixin bu keşməkeşli sınağından üzüağ, alnıaçıq, şərəflə və qürurla çıxan Azərbaycan qələbəmizin rəmzinə çevrilən dəyərlərimizi daha da möhkəmləndirəcək və dünyanın formalaşmaqda olan yeni strateji mənəzərəsində öz mövqeyini daha da gücləndirəcək. 30 illik münaqişəni 44 günə sona çatdıran bu qısa müharibə dünya hərb tarixinə də misli görünməmiş savaş kimi düşdü. Azərbaycan Ordusunun gücünü, Azərbaycan xalqının qüdrətini bəşəriyyətə sübut etdi. Ona görə 44 günlük qəhrəmanlıq savaşımız tarix boyu şanlı qürur mənbəyimiz olaraq qalacaq. Azərbaycan xalqının Zəfəri, qələbəmiz əbədidir və bizim bayrağımız hər zaman zirvələrdə dalğalanacaq.

Tədbirdə YAP Tərtər rayon təşkilatının sədr müavini Azər Ağayev, Statistika İdarəsi ərazi partiya təşkilatının sədri İradə Rəfiyeva, Tərtər -3 ərazi Partiya təşkilatının sədri Sahib Həsənov, Əskipra ərazi partiya təşkilatının sədri Elvin Məhərli , Tərtər şəhər 1 saylı tam orta məktəbin hərbi rəhbəri Hümbət Əliyev, Tərtər rayon Mərkəzi Xəstəxanasının əməkdaşı Bəsirə Həsənzadə və Qarabağ Regional Mədəniyyət İdarəsi Tərtər rayon MKS-da Uşaq Şöbəsinin müdiriSona Köçərliçıxış ediblər. Çıxış edənlər 44 günlük Vətən Müharibəsi zamanı torpaqlarımız düşmən işğalından azad olunması, xalqımızın Zəfər tarixinin böyük yol keçdiyini, bu uğurlu yolun Ulu Öndər Heydər Əliyev tərəfindən başlandığını və onun müdrik siyasətinin layiqli davamçısı Prezidentimiz, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini görüş iştirakçılarının diqqətinə çatdırıblar.

Избранный
32
sesqazeti.az

1Источники