RU

Göyərçin yemləyənlərin cərimələnməsi təklif edildi

Millət vəkili Sahib Alıyev göyərçinləri yemləyənlərin cərimələnməsini təklif edib.

“Qafqazinfo” xəbər verir ki, deputat bu barədə Milli Məclisin bu gün keçirilən iclasında çıxış edib.

O bunu quşların infeksiya daşıması ilə əlaqələndirib.

Həmkarı Qüdrət Həsənquliyev isə bu təklifə etiraz edib: “Mən və ailə üzvlərim həyətdə 15 pişik saxlayırıq, onlara yemək veririk və bir çoxunu peyvənd etdiririk. O quşlar acından ölsün? Heyvanların yemlənməsini qadağan etsək, onda cəmiyyətdə mərhəmət hissini aradan qaldırmış olarıq”.

Избранный
6
2
buta.media

3Источники