RU

Almaniyanın ixracı və istehsalı azalıb

Almaniyanın ixracatı sentyabr ayında 1,7 faiz azalıb.

Bakıvaxtı.az "Sozcu"yə istinadən xəbər verir ki, bu, Almaniya Federal Statistika İdarəsinin  (Destatis) sentyabr ayı üzrə xarici ticarət məlumatlarında yer alıb.

Hesabata görə, ölkədə mövsüm və təqvim təsirlərindən təmizlənmiş ixracat sentyabr ayında əvvəlki ayla müqayisədə 1,7 faiz azalaraq 128,2 milyard avroya çatıb. Sentyabr ayı ixracının 69,4 milyard avrosu Avropa İttifaqı (Aİ) ölkələrinə olub. 

Analitiklərin fikrincə, qlobal artımın yavaşlaması, geosiyasi gərginlik, Çinin yüksəlişi və istehlakçıların artan inflyasiya ilə mübarizə səyləri Almaniya ixracına mənfi təsir göstərib.

Gülşən Şərif

Избранный
33
bakivaxti.az

1Источники