RU

Dünyanın ən bahalı gənc futbolçuları açıqlandı

Beynəlxalq İdman Araşdırmaları Mərkəzi (CIES Football Observatory) dünyanın 21 yaşa qədər ən bahalı 100 futbolçusunun adını açıqlayıb.

Publika.az xəbər verir ki, siyahıya ispan futbolçu Lamin Yamal başçılıq edir. “Barselona”nın üzvünün dəyəri 180,9 milyon avro olaraq qiymətləndirilir.

“Mançester Yunayted”in yarımmüdafiəçisi Alexandro Qarnaço ikinci sırada qərarlaşıb - 114,8 milyon avro. PSJ-nin üzvü Uorren Zair-Emeri isə 109,0 milyon avro dəyərlə "ilk üçlüy"ü tamamlayır.

Qiyməti 100 milyon avrodan çox olan dördüncü və sonuncu gənc futbolçu isə Savio Moreyradır. "Mançester Siti"nin gənc ulduzunun dəyəri 101,0 milyon avrodur.

"Onluq"da 2 türk futbolçu var. Söhbət "Real"ın yarımmüdafiəçisi Arda Gülər (76,7 milyon avro) və "Yuventus"un hücumçusu Kənan Yıldızdan (72,3 milyon avro) gedir.

Избранный
8
7
publika.az

10Источники