ABŞ Nümayəndələr Palatasının (Konqres) müsəlman üzvləri İlhan Ömər (Somali əsillidir), Rəşidə Tlaib (Fələstin əsilli) və Andre Karson (sonradan İslamı qəbul edib) növbəti dəfə deputat seçiliblər.
NOCOMMENT.az xəbər verir ki, Demokratlar Partiyasının üzvü olan Tlaib, Miçiqan ştatının 12-ci Konqres Dairəsindəki yerini qoruduğu halda, Demokratların digər üzvü Ömər üçüncü dəfə Minnesotanı təmsil etmək hüququ qazanıb.
Karson isə İndiana ştatının 7-ci Konqres Dairəsində respublikaçı Con Şmitsə qalib gələrək yenidən seçilib. Karson 2008-ci ildən Konqresə seçilir.