RU

FHN-in qurumlarında və regional mərkəzlərində Zəfər Günü qeyd edildi

Fövqəladə Hallar Nazirliyinin qurumlarında və regional mərkəzlərində 8 Noyabr – Zəfər Günü və 9 Noyabr – Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü münasibətilə tədbirlər keçirilib.

Publika.az xəbər verir ki, tədbirlərdə qurumların və regional mərkəzlərin şəxsi heyətləri iştirak edib.

Əvvəlcə, iştirakçılar Ümummilli Lider Heydər Əliyevin büstünün önünə gül dəstələri qoyaraq Ulu Öndərin əziz xatirəsini dərin ehtiramla yad ediblər.

Dövlət Himninin səsləndirilməsi ilə başlanan tədbirlərdə ölkəmizin suverenliyi və ərazi bötüvlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yed edilib.

Tədbirlərdə 44 günlük Vətən müharibəsində ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin müdrik rəhbərliyi ilə qazanılmış parlaq Zəfərin əhəmiyyətindən bəhs olunub, qüdrətli Azərbaycan Ordusunun tarixi qəhrəmanlığından danışılıb. Qeyd edilib ki, 30 ilə yaxın müddətdə erməni qəsbkarları tərəfindən işğal altında saxlanılan torpaqlarımızın azad edilməsində misilsiz sücaət göstərmiş igid əsgər və zabitlərimizin qəhrəmanlığı nəticəsində düşmən ordusu darmadağın edilib və ölkəmizin ərazi bütövlüyü bərpa olunub.

Təbirlərdə ötən ilin sentyabr ayının 19-dan başlayaraq Qarabağda həyata keçirilən, cəmi 23 saat davam edən lokal xarakterli antiterror tədbirlərinin əhəmiyyətindən söz açılıb və bildirilib ki, bu əməliyyat nəticəsində respublikamızın suverenliyi tam bərpa edilib.

Избранный
6
1
publika.az

1Источники