RU

Dollar bahalaşdı, Azərbaycan manatı...

Donald Trampın yenidən ABŞ Prezidenti seçilməsi dünya iqtisadiyyatına da təsirsiz ötüşməyib. Dünəndən dolların, əsas səhmlərin və “Bitcoin”in qiymətində artımlar qeydə alınıb.

ABŞ bondları 4.5 faiz, dollar isə səbət valyutalara nisbətən 2.0 faiz güclənib. “Bitcoin”in qiyməti tariixində ilk dəfə  75.0 min dollara çatıb.

Bu bahalaşmanın Azərbaycan manatına da təsiri olacaqmı?

Mövzu ilə bağlı TNS-ə açıqlama verən iqtisadçı Eldəniz Əmirov bildirib ki, ölkəmizdə dolların bahalaşması ilə bağlı hər hansı təhlükə yoxdur: “Dolların bahalaşması məsələsi bazarın özünün tənzimlədiyi valyutalar qarşısında baş verib. Yəni Azərbaycan kimi dövlətlərdə, inzibati yolla milli valyutası tənzimlənən ölkələrdə dolların məzənnəsi dəyişməyib. Düşünürəm ki, qarşıdakı dönəmdə də Azərbaycan hökumətinin birmənalı olaraq manatın məzənnəsi ilə bağlı fikirləri məzənnə stabilliyinin qorunub saxlanılmasıdır. Buna görə də ölkəmizdə dolların qalxması ilə bağlı hazırda təhlükənin olduğunu düşünmürəm".

Избранный
23
demokrat.az

1Источники