Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov ABŞ-nin Demokratlar Partiyasından prezidentliyə namizəd Kamala Harrisin Vladimir Putinin “naharda Donald Trampı yeyəcəyi” ifadəsini şərh edib. Yeniavaz.com xəbər verir ki, bu barədə Peskov jurnalistlərə danışıb. Kremlin sözçüsü jurnalistlərin bu bəyanatı şərh etmək istəməsinə təbəssümlə cavab verib.