RU

“Şahin məllimə yetərincə şans verildi” - “Dənizçilər” Əhmədovla Hacıyevi istəyir

“Kəpəz” – “Səbail” oyununun nəticəsi qonaqların çalışdırıcısı Şahin Diniyevin istefasına yol açdı.

Azər Bağırov Roman Qriqorçukun ardından daha bir həmkarını “istefaya göndəri”. Bazar günündən bəri ən müxtəlif məşqçilərin – Tərlan Əhmədovdan Cavid Hüseynova qədər – adı “Səbail”lə yanaşı hallanır. Bəs “Səbail” azarkeşləri istefa və gözlənilən təyinat ilə bağlı nə düşünür?

“Dənizçlilər” fanklubunun rəhbəri Atif Rüstəmli “Futbol+”ə danışdı:

“Azarkeş komandadan ancaq qələbə gözləyir. Qələbə olmadıqda, əlbəttə, məşqçi istefaya yollanır. Rəhbərlik əlindən gələni edib, məhdud büdcə ilə oyunçular transfer edib. Son söz məşqçidə olur. Şahin məllimə yetərincə şans verildi. Təəssüf ki, yaxşı nəticələr əldə edə bilmədi. Gələcək həyatında uğurlar arzulayırıq. Tərlan Əhmədov və Aftandil Hacıyev daha güvən verir. Komandamız üçün xeyirlisi olsun”.


RÖYANƏ OĞUZ
Избранный
14
football-plus.az

1Источники